Avropa Ittifaqı da jurnalistin qətlinə görə bəyanat verdi

11-08-2015, 12:27
Oxunub: 512
"Bütün günahkarlar müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır”


Avropa İttifaqı Azərbaycanda “Qəbələ” futbol klubunun oyunçusu barədə yazdığı tənqidi Facebook qeydinə görə döyülərək qətlə yetirilən jurnalist Rasim Əliyevə görə bəyanat yayıb.

Avropa İttifaqının xarici əlaqələrofisindən yayılmış bəyanatda jurnalistin yazdığı Facebook qeydinə görə qətlə yetirilməsi “dəhşətli xəbər” adlandırılır.

“Biz jurnalistin ailəsinə, həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verir, eyni zamanda bu işin tam, hərtərəfli və şəffaf araşdırılmasına çağırırıq. Bütün günahkarlar müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır”- bəyanatda deyilir.

“Avropa İttifaqı demokratik cəmiyyətin əsas elementləri olan söz və ifadə azadlığı, KİV azadlıqları prinsiplərini dəstələkləyir. Azərbaycanda jurnalistlərin və digər KİV təmsilçilərinin işi üçün təhlükəsiz mühit yaradılmalı, onlara öz işlərini qorxusuz və zorakılıqlara məruz qalmadan görməsi təmin edilməlidir”- Aİ bildirir. (Virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti