"Qəbələ" klub Elşən İsmayılovla bağlı bəyanat yaydı

10-08-2015, 14:52
Oxunub: 472
"Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi"


"Qəbələ" futbol klubu jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar həbs olunduğu bildirilən Elşən İsmayılovla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan Elşən İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi".

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan Elşən İsmayılovun Cavid Hüseynov bibisi oğludur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti