"Kabus" jurnalistin öldürülməsi haqda: "...Buna cəsarət edənlər çoxalacaq"

10-08-2015, 14:19
Oxunub: 1061
"Cinayətkarlar yenə cəzasız qalsa, sabah redaksiyaları basacaqlar"


Jurnalist Rasim Əliyevin avqustun 8-də "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüləndən bir gün sonra xəstəxanada vəfat etməsi ölkə gündəmində geniş müzakirə olunur. Hətta Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun verdiyi açıqlamaya görə prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb.

Repçi "Kabus" da (Həbib Rüstəm) məsələyə öz münasibətini bildirib. Etatist.com xəbər verir ki, o, öz rəsmi facebook səhifəsində bununla bağlı status paylaşıb:

"Bundan bir müddət əvvəl Etatist.com-un əməkdaşlarına 15 nəfər hücum edib Aqşin Vəliyevi bıçaqlamışdılar. Biz deyirdik ki, "belə halların qarşısı vaxtında alınmasa, buna cəsarət edənlər çoxalacaq". Onda sayğıdəyər mediamız susurdu. Mövzunun üstündən keçirdilər, indi isə bir jurnalist öldürüldü. Cinayətkarlar yenə cəzasız qalsa, sabah redaksiyaları basacaqlar".

"Kabus" əlavə edib ki, jurnalistin qətlə yetirilməsi sadə hadisə deyil.

Qeyd edək ki, jurnalist Rasim Əliyevi döyən futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov və bir neçə nəfər başqa şəxs saxlanılıb. Onların kimliyi istintaq sirri olduğu üçün açıqlanmır.
Kamran
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti