Futbol klubunun avtobusu atəşə tutulub

10-08-2015, 10:12
Oxunub: 551
Cinayətkar sürücünü əvvəlcə yumruqla hədələyib, daha sonra isə ona tərəf atəş açıb


Almaniyada naməlum motosiklet sürücüsü Berlinin “Herta” futbol klubunun avtobusunu atəşə tutub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, nəqliyyat vasitəsi oyunçu və məşqçiləri bu gün yerli “Arminiya” klubu ilə keçiriləcək Kubok oyununa aparmaq üçün Bilefeld şəhərindəki dəmir yolu vağzalı istiqamətində hərəkət edirmiş.

Məlumata görə, cinayətkar sürücünü əvvəlcə yumruqla hədələyib, daha sonra isə ona tərəf atəş açıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti