ABŞ qırıcılarını Türkiyəyə göndərir

10-08-2015, 10:04
Oxunub: 559
Qırıcılar İŞİD-ə qarşı hərbi əməliyyatlara dəstək verəcək


ABŞ Türkiyəyə İŞİD-lə mübarizə üçün İncirlikdəki hərbi bazaya “F 16” qırıcıları göndərib. 

Məlumata görə, bu barədə NATO yanında ABŞ missiyasının titter hesabındakı xəbərdə bildirilir.  

“ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus 6 “F 16” təyyarəsi İŞİD-ə qarşı hərbi əməliyyatlara dəstək üçün Türkiyənin İcirlik aviabazasına göndərilib” – xəbərdə qeyd edilir.

ABŞ və Türkiyə terrorçu qruplaşmaya qarşı birgə mübarizə və İncirlik bazasından istifadə ilə bağlı ötən ay razılığa gəlib.
musavat.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti