Döyülən jurnalist Rasim Əliyev vəfat etdi

9-08-2015, 11:59
Oxunub: 1681
Onun qabırğaları sınıb və sol qulağı eşitmir.


Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Bu barədə Amerikanın Səsinə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib.

Avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib.

Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib ("Amerikanın səsi").
Şərhlər : 1 Şərh yaz
Vasmoy 9 avqust 2015 14:06  

Cavid Huseynov cox gozel futbolcudu. onun etdiyi hereketi stadionda haqq qazandiriram!!! her kes o hereketi etmeli idi cunki bizim bayraqimiza olunan hormetsizliyin cavabi idi. o ki qaldi rehmetliye .Allah rehmet elesin . Allah gunahlarin baqiwlasin. 9 milyon xalq hec ne demedi rehmetliy jurnalist niye tengid eirdiki? 

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti