İŞİD yüzlərlə xristianı girov götürdü

8-08-2015, 14:47
Oxunub: 968
Şəhər bir gün öncə Suriya qüvvələri ilə amansız döyüşlərdə ələ keçirilib


Suriyanın Xoms əyalətində 230 nəfərə yaxın xristian İŞİD terror qruplaşması tərəfindən əsir götürülüb.

Muavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə “əl-Arabiya” telekanalı xəbər yayıb.

Məlumata görə, girovlar arasında çoxlu qadın və uşaq var. Onlar cümə günü çox da böyük şəhər olmayan əl-Karyateyndə girov götürülüblər. Şəhər bir gün öncə Suriya qüvvələri ilə amansız döyüşlərdə ələ keçirilib. Bu barədə ölkədə işləyən britaniyalı hüquq müdafiəçiləri bildiriblər.

Yerli kilsədə gizlənən xristianlarla birgə digər sakinlərin də girov götürüldüyü deyilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti