Bakıda metrokartların istifadəsi vaxtından əvvəl dayandırıldı

8-08-2015, 11:09
Oxunub: 666
Bəzi narazı sərnişinlərin isə stansiyaya ödənişsiz daxil olmaqlarına icazə verilib.


Bakıda metrokartların istifadəsi vaxtından əvvəl dayandırılıb.

Metro sərnişinlərinin veridiyi məlumata görə, hazırda “28 May”, “Azadlıq” və “Cəfər Cabbarlı” stansiyalarının girişində sərnişin sıxlığı yaşanır, sərnişinlər kartlarının işləməməsindən şikayətlənir.

Kartlarının vaxtından əvvəl blok olunduğunu deyən şikayətçilər, nə hesablarına gediş yükləyə bilirlər, nə metroya daxil ola bilirlər.

Sərnişinlər bildiriblər ki, onlar kart analizi üçün “Cəfər Cabbarlı” stansiyasına göndəriliblər.

Bəzi narazı sərnişinlərin isə stansiyaya ödənişsiz daxil olmaqlarına icazə verilib.

Kartları blok olunan sərnişinlər kart analizi üçün gəldikləri “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında da analoji vəziyyətin müşahidə olunduğunu deyiblər.

Qeyd edək ki, bu gündən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. Əvvəlcədən elan edilib ki, "Metrokart"ın istifadəsi sentyarın 30-dan etibarən dayandırılacaq. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti