Türkiyədə rus turistləri daşıyan avtobus aşdı: 6 ölü

6-08-2015, 22:16
Oxunub: 541
Yolun yağışdan sonra sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb


Türkiyənin cənub-qərbində avtobusun qəzaya uğraması nəticəsində 4 rusiyalı turist ölüb, 20-si Rusiya vətəndaşı olmaqla 27 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi Aleksandr Leşukov bildirib.

Məlumata görə, Rusiya, Qazaxıstan və Litvadan olan turistləri daşıyan avtobus Dənizli bölgəsinin Pamukkale rayonu ərazisində qəzaya uğrayıb. Yerli mətbuatın xəbərinə görə, yolun yağışdan sonra sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb.

“Haber Denizli”-nin məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti