Tikinti işlərində qiymətlər artıb

6-08-2015, 22:09
Oxunub: 670
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb.


2015-ci ilin II rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,5 faiz bahalaşma müşahidə edilib.

Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,8 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 1,0 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz, inzibati tikililər üzrə üzrə qiymətlərdə 0,6 faiz bahalaşma müşahidə olunub.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5 faiz, körpü tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti