Rus kəşfiyyatçıları Ermənistanda təlimlərə başladı

5-08-2015, 14:12
Oxunub: 658
"Döyüş atıcılığı üzrə xüsusi təlimlərdə 300-dən çox hərbi qulluqçu iştirak edir”


Rusiyalı kəşfiyyatçılar ölkələrinin Ermənistandakı hərbi bazasında sürətli atış təlimlərinə başlayıblar.

Bu barədə Rusiya Silahlı Qüvvələri Cənub-Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın SQ Cənub-Şərq Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasında yüksək dağlıq ərazidəki “Kamxud” poliqonunda kəşfiyyat bölüklərinin səhra şəraitində sürətli atış üzrə xüsusi kursları təşkil olunub. Döyüş atıcılığı üzrə xüsusi təlimlərdə 300-dən çox hərbi qulluqçu iştirak edir” - deyə məlumatda bildirilir.

Kəşfiyyat bölüyünün döyüşçülərinə sürətli atış zamanı silahla davranış qaydaları, dəqiq nişan alma üsulları, AK-74 avtomatlarından tək atəşin xüsusiyyətləri öyrədilir. Kəşfiyyatçılar müxtəlif hədəflərə uzanıqlı halda, dizi üstə oturmuş halda, ayaq üstə, sağ və sol əllə, özü də mümkün qədər qısa müddət ərzində, sürətlə atəş açmağı öyrənirlər. Onlara həmçinin döyüş zonasında yerlərini nəzəri cəlb etmədən dəyişməyin, hərəkətdə ola-ola bir hədəfə bir neçə nöqtədən atəş açmağın yolları təlim edilir.

Bundan başqa döyüşçülər taktiki, mühəndis, tibbi hazırlıq keçirlər. İsti havada qayalıq-dağlıq ərazilərdə, ekstremal şəraitdə hərbi texnikanı idarə etməyi öyrənirlər. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti