Qazaxıstan Qırğızıstanı Aİİ-na qəbul etdi

5-08-2015, 11:27
Oxunub: 375
Qazaxıstan Qırğızıstanın qoşulmasını ratifikasiya edən axrıncı ölkə oldu


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını ratifikasiya edib.

Etatist.com Rusiya mətbuatına istinadən bildirir ki, sənədin rəsmi mətni bu gün KİV-lərdə yayımlanacaq. Avrasiya İqtisadi İttifaqına qoşulma sənədindən başqa Nazarbayev Aİİ-da bəzi dəyişiklik edilməsi ilə bağlı protokollar da imzalayıb.

Qazaxıstan Qırğızıstanın qoşulmasını ratifikasiya edən Ermənistan, Rusiya və Belarusiyadan sonra axrıncı ölkə oldu.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı ötən ilin may ayında Rusiya, Qazaxıstan, Belarus tərəfindən imzalanan razılaşma əsasında yaradılıb. Yaradıcılarının bildirdiyinə görə, Aİİ iqtisadi əməkdaşlığın yeni mərhələsidir. Bəzi ekspertlər isə Aİİ-nı "Yeni SSRİ" kimi adlandırır.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti