Dövlət qurumlarında yoxlama aparılır

3-08-2015, 16:13
Oxunub: 556
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması da qərara alınıb.


Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib və iş planı ilə nəzərdə tutulan bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Palatadan verilən məlumata görə, iclasda bir sıra nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə olunub.

Dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutuna və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, büdcənin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və idarənin struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, büdcənin yerli xərclərindən Yevlax şəhər Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair müvafiq zəruri tədbirlərin görülməsi, həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi qərara alınıb. Eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması da qərara alınıb.

Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti