Dərnəgüldə bina yox, maşın təkərləri yanır - Yenilənib

3-08-2015, 17:10
Oxunub: 638
Yanğının səbəbi və fəsadları barədə heç bir məlumat verilməyib


Bakının Binəqədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yanğın qatı qara tüstü ilə müşayiət olunub.

Belə ki, DİN-in A.Heydərov adına Respublika Hospitalının inzibati binasının yaxınlığında məişət tullantıları (avtomobil şinləri) yandırılıb.

***

Bakının Dərnəgül yaşayış sahəsində Ağasadıq Gəraybəyli küçəsində yanğın baş verib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğının səbəbi və fəsadları barədə heç bir məlumat verilməyib. (Oxu.az)

Dərnəgüldə bina yox, maşın təkərləri yanır - Yenilənib

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti