Kim Çen In mükafata layiq görüldü

3-08-2015, 15:18
Oxunub: 465
"Cənubi Koreyanın insan haqlarının pozulmasına dair ittihamları yalandır"


Şimali Koreya lideri Kim Çen In dövlət işlərini məharətlə idarə etdiyi üçün mükafata layiq görülüb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, mükafat sentyabrda İndoneziya təhsil fondu Sukarno tərəfindən Kim Çen Ina təqdim olunacaq.

“Biz mükafatı Kim Çen Ina imperializmə qarşı mübarizə aparan dahi lider Kim İr Senin ideyalarını həyata keçirməkdə ardıcıllıq nümayiş etdirdiyinə görə verəcəyik”, -deyə Fondun yaradıcısının qızı Raçmavati Sukarnoputri bildirib.

Sukarnoputri hesab edir ki, bir sıra müşahidəçilər və jurnalistlərin Kim Çen Ina qarşı tənqidləri yersizdir:
“Cənubi Koreyanın insan haqlarının pozulmasına dair ittihamları yalandır. Bu yalnız Qərb təbliğatıdır. KXDR üzərinə çirkin yarlıqlar asmaq Qərb KİV-lərinin xoşuna gəlir”.

Qeyd edək ki, sözügedən mükafata daha öncə Mahatma Qandi və Myanmanın müxalif siyasi xadimi Aun San Su Çji layiq görülüblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti