Rusiya Finlandiya və Baltikyanını işğal edə bilər - İDDİA

3-08-2015, 13:34
Oxunub: 679
Rusiya prezidenti Ukraynaya olduğu kimi bütün dünyaya da təhlükə kəsb edir


Rusiya Finlandiya və Baltikyanı ölkələrə hücum edə bilər.

Bu barədə Ukrayna prezidenti Petro Poroşenko Avstriya nəşri “Kurier”ə müsahibəsi zamanı bildirib.

Poroşenkonun fikrincə, Rusiya prezidenti Ukraynaya olduğu kimi bütün dünyaya da təhlükə kəsb edir.

“Onun Finlandiyaya hücum etməsi mümkündürmü? Bəli. Bəs Baltikyanıya necə? Bəli. Qara dəniz dövlətlərinə? Bəli”, -deyə Poroşenko müsahibəsi zamanı bildirib.

Poroşenko həmçinin əlavə edib ki, Ukraynanın şərqində aparılan mübarizə təkcə Ukraynanın müstəqilliyi üçün deyil, həm də Avropada demokratiya, azadlıq və təhlükəsizlik üçündür.

Donbasda baş verən hadisələri təhlil edən Ukrayna prezidenti bunu işğal adlandırıb. Onun sözlərinə görə, Donbas Ukrayna vətəndaşlarının yaşadığı Ukrayna ərazisidir. Ukraynada baş verən hadisələr isə Ukraynada konflikt yox, Ukraynaya qarşı işğalçılıqıdr. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti