Ağsuda güclü yanğın; 18 saat alovla mübarizə

3-08-2015, 10:21
Oxunub: 516
Hadisə zamanı xəsarət alan olmayıb


Ağsu rayonunda güclü yanğın olub.

Avqustun 2-də saat 14 radələrində rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verən yanğın getdikcə geniş ərazini əhatə edib.

Kənd bələdiyyəsinə məxsus ərazidə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir və Şamaxı rayonlarının yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın dağlıq və kol-koslu ərazidə baş verdiyi üçün alovun qarşısını almaq çətinləşib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısını bu gün səhər saat 8 radələrində almaq mümkün olub. yanğnın Bico kəndindəki evlərə, qəbiristanlığa və meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Ümumilikdə 105 hektar sahədə ağaclar, kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti