Almaniya Türkiyə-PKK münaqişəsində vasitəçi olmaq istəyir

2-08-2015, 14:44
Oxunub: 857
Türkiyəyə nümayəndə göndərildi


Almaniya Türkiyə-PKK münaqişəsində vasitəçi olmaq istəyir.

Bu istəklə Almaniyanın xarici işlər naziri Frank Valter Ştayn-Mayer özünün xüsusi nümayəndəsi Andreas Mixaelisi danışıqlar aparmaq ötrü Ankaraya rəsmi səfərə göndərib.

Azvision.az “Deutsch-Türkisches Journal”a istinadən xəbər verir ki, səfər çərçivəsində Almaniya təmsilçisinin Türkiyənin bir çox rəsmiləri ilə, həmçinin xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə də görüşəcəyi gözlənilir.

Almaniyalı diplomatın qarşısına türk-kürd probleminin həllində sülh variantlarının axtarışı ilə bağlı mühüm tapşırıqların qoyulduğu deyilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti