Poroşenko Krıma xüsusi status vəd edir

1-08-2015, 21:16
Oxunub: 604
Poroşenko bəyan eləmişdi ki, Ukraynada dinc həyat yalnız Krım və Donbas qaytarıldıqdan sonra bərpa ola bilər


Ukrayna prezidenti Pyotr Poroşenko rəsmi Kiyevin Krıma Ukrayna tərkibində milli-ərazi müxtariyyəti stausunun verilməsini nəzərdə tutan “Yol xəritəsi” planlaşdırdığını bildirib.

Musavat.com xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin Türkiyədə keçirilən Krım tatarlarının II Ümumdünya Konqresinin iştirakçılarına müraciətində deyilir.

Müraciətdə “Yol xəritəsi”nin, bütövlükdə Krımla bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün Ukraynada dövlət qurumlarının yaradıldığı və fəaliyyət göstərdiyi qeyd edilir. Bu ilin mayında Poroşenko bəyan eləmişdi ki, Ukraynada dinc həyat yalnız Krım və Donbas qaytarıldıqdan sonra bərpa ola bilər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti