Düşmən atəşkəsi 819 dəfə pozub

1-08-2015, 15:06
Oxunub: 585
Düşmən Azərbaycan Ordusunun mövqelərini cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan və iriçaplı pulemyotlardan da atəşə tutub


Bu ilin iyul ayında ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 819 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, düşmən mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə edib.

Bütün hallarda düşmən susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.

Ay ərzində atəşkəsin pozulmasına görə, ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir.Ağdam rayonu istiqamətində 224 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzulirayonudur (149 fakt).

Qarabağ cəbhəsi üzrə iyul ayında Tərtər rayonu istiqamətində 93 dəfə, Xocavəndrayonu istiqamətində 59 dəfə, Cəbrayıl rayonu istiqamətində 56 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 87 dəfə, Qazax rayonu istiqamətində 60 dəfə, Gədəbəy rayonu istiqamətində 44 dəfə, Tovuz istiqamətində 31 dəfə, Göygöl rayonu istiqamətində 12 dəfə, Ağstafa rayonu istiqamətində isə 4 dəfə pozub.

Ötən ay bir hərbi qulluqçumuz şəhid olub, düşmən tərəfi isə 5 nəfər itki verib.

Ötən ay ərzində düşmənin 4 pilotsuz uçan aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Qeyd edək ki, erməni silahlı bölmələri iyun ayında atəşkəs rejimini 738 dəfə pozmuşdu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti