Sabah Bakıda 40 dərəcə isti olacaq

1-08-2015, 12:58
Oxunub: 581
Havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq.


İstirahət günü, avqustun 2-də Bakıda 40 dərəcə isti olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. 

O bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, gündüz cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti