Rusiyada Azərbaycanlı iki polisi həbs edib

31-07-2015, 19:13
Oxunub: 409
"Polis işçiləri cinayət törətməkdə həmin azərbaycanlını saxlamaq istəyərkən sonuncu onlara hücum edib"


Rusiyada Azərbaycan vətəndaşı məhkəmə önünə çıxarılıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan olan miqrant barədə qaldırılmış cinayət işinə Kalininqrad Rayon Məhkəməsi tərəfindən baxılır.

Kalininqrad Vilayət Prokurorluğunun verdiyi məlumata görə, həmin Azərbaycan vətəndaşı iki polisə hücum etdiyi və onlara bıçaqla xəsarət yetirdiyi üçün mühakimə olunur.

Cinayət hadisəsinə gəlincə isə xəbərdə bildirilir ki, hadisə martın 19-da Vavilov küçəsi, 9 ünvanındakı binanın qarşısında qeydə alınıb. Polis işçiləri cinayət törətməkdə həmin azərbaycanlını saxlamaq istəyərkən sonuncu onlara hücum edib. Azərbaycanlı miqrant polislərin birini yumruqla vurub. İkinciyə isə çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra digər polisi də yaralayaraq qaçmağa cəhd edib. Lakin polis əməkdaşları onu silah gücünə saxlayıblar. Adı açıqlanmayan soydaşımız həmin gündən təcridxanada saxlanılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti