Vasif Talıbov 798 min manata qənaət etdi

31-07-2015, 14:10
Oxunub: 807
2014-cü ildə büdcə xərclərinin maliyyələşməsi üçün 283,7 milyon manat ayrılıb.


Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 2014-cü il büdcəsinin icrasını təsdiq edib.

Dövlət büdcəsinin icrası haqqında qanun (http://www.huquqiaktlar.nakhchivan.az/StatementDetails.aspx?statementId=1392) dərc edilib. O, cəmi bir abzasdan ibarətdir və iki rəqəm əksini tapıb: gəlirlər 74084717 manat, xərclər 349702322 manat.

"Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanuna görə, gəlirlər 66,8 milyon manat, xərclər 350,5 milyon manat təsdiq edilib. Beləliklə, Naxçıvan hökuməti 798 min manata qənaət edib.

Maraqlıdır ki, 2014-cü ildə ümumi daxili məhsul 3 milyard dollar, Naxçıvan MR-in yerli gəlirləri 19 milyon manat təsdiq edilib. Bu, İmişli rayonunun gəlirlərindən 1,9 milyon manat azdır.

Naxçıvan MR dövlət büdcəsi mərkəzi büdcədən dotasiya alır. 2014-cü ildə büdcə xərclərinin maliyyələşməsi üçün 283,7 milyon manat ayrılıb. Bundan başqa, muxatiyyat hər il dövlət investisiya layihələri üçün yüzlərlə milyon manat alır./Turan
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti