"Prado" 5 yaşlı uşaqı vurub öldürdü

13-02-2013, 11:47
Oxunub: 1086


Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 19:50 radələrində "Toyota-Prado” markalı avtomobil metronun "Koroğlu” stansiyasının yaxınlığında yolu keçmək istəyən 3 piyadanı vurub.

Heydər Əliyev prospektində baş verən qəzada vurulan piyadalar 5 yaşlı Gülçin Məmmədova, onun 30 yaşlı xalası Kamilə Cavadova və 50 yaşlı Səhi Qələndərlidir. Yaralılar 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Azyaşlının xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Ağır kəll-beyin travması alan G.Məmmədova xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti