​Azərbaycanın hərbi gəmiləri Rusiya və Qazaxıstan gəmiləri ilə birlikdə təlimlərə hazırlaşır

30-07-2015, 16:47
Oxunub: 1409
"Xəzər Kuboku-2015" müsabiqəsinə hazırlıq çərçivəsində bir sıra hazırlıq tədbirlərini həyata keçiriləcək


Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanın döyüş gəmiləri artilleriya qurğularından atəş açmaq və dənizdə gəmi təlimləri həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri Mətbuat və informasiya idarəsinin əməkdaşı İqor Dıqalo bildirib.

"Xəzər Kuboku-2015" müsabiqəsinə hazırlıq çərçivəsində Rusiya, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri kiçik həcmli üzən hədəflərə, hava hədəflərinə və üzən minalara atəş açmaq üzrə bir sıra hazırlıq tədbirlərini həyata keçirəcək", - şərhdə deyilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti