Cəlilabadda güclü meşə yanğını

30-07-2015, 16:40
Oxunub: 496
Hazırda ərazidə yanğının söndürülməsi üçün işlər aparılır.


Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya istinadən bildirir ki, saat 14.00-dan başlayan yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda ərazidə yanğının söndürülməsi üçün işlər aparılır.

İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.

Yanğının baş verdiyi sahə dağlıq ərazidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti