Suriya müxalifətinin liderini namaz ölümdən qurtardı

13-02-2013, 10:28
Oxunub: 2076


Suriyanın müxalif qruplarından biri Suriya Milli Şurasının sədri Corc Sabra ötən gün Türkiyə - Suriya sərhəddindən meydana gəlmiş partlayışın hədəfinin özü olduğunu iddia edib.

 

Sabra "CNN International” kanalına müsahibəsində yolda verdikləri namaz fasiləsi səbəbindən partlayış baş verdiyi anda hadisə yerində olmadıqlarını bildirib. "Qrupumuzda olan bəzi möminlərin namaz qılması üçün təxminən yarım saat yanacaq doldurma stansiyasında gözləməli olduq. Bu səbəbdən də hadisənin baş verdiyi 14.37 saatında orda deyildik. Namaz qılmaq üçün fasilə verməmiz həyatımızı xilas etdi. Anam həmişə mənə, "Allaha əmanətsən!” – deyərdi. Kim bilir, bəlkə bu dəfə anamın duası qəbul olunub”.

 

anspress 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti