“ASAN Xidmət”lərdə Azərbaycanın bütün vətəndaşlarına xidmət göstəriləcək

30-07-2015, 12:31
Oxunub: 439
Növbəti ildən Qəbələ və Masallı şəhərlərində “ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq”.


“Azərbaycanda “ASAN Xidmət” mərkəzlərinin sayı artıqdca vətəndaşların hansı region üzrə qeydiyyatından asılı olmayaraq istənilən şəxsə xidmət göstəriləcək”.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır: “Gələn ildən etibarən qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərə biləcəyik. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda mərkəzlərin olmamasıdır. Növbəti ildən isə Qəbələ və Masallı şəhərlərində “ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq”.

Sədr müavini, həmçinin qeyd edib ki, hazırda 6 regionda səyyar avtobuslar fəaliyyət göstərir: “Həmin avtobuslardan 1-i Şəkidə, digərləri Yardımlıda, Qazaxda və Bakı ətrafı ərazilərdə vədəndaşlara xidmət göstərir. Səyyar “ASAN Xidmət” vasitəsilə 6 rayon olmaqla 17 regionun vətəndaşlarına xidmət edirik. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb və hamısı xidmət göstərir”.

Qeyd edək ki, hazırda respublikada 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə Sabirabad və Bərdədədir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti