Kim Çen In: "Biz ABŞ və Cənubi Koreya ilə müharibəyə hazırlaşırıq"

30-07-2015, 12:00
Oxunub: 360
“Bu müharibə öz miqyasına görə 65 il əvvəlki müharibədən geri qalmayacaq”


Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin Amerika Birləşmiş Ştatları və Cənubi Koreyaya qarşı müharibəyə hazırlaşdığını bəyan edib.

Kim Çen In Hərbi Hava Qüvvələrinin (HHQ) təlimlərində deyib ki, bu təlimlər müharibəyə hazırlığın bir hissəsidir.

“Bu müharibə öz miqyasına görə 65 il əvvəlki müharibədən geri qalmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Şimali Koreya HHQ-nin təlimləri 1950-1953-cü illər Koreya müharibəsinin başa çatmasını bildirən atəşkəs haqqında sazişin imzalanmasının 62-ci ildönümü münasibəti ilə keçirilib. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti