Çernobılda yeni qəza

13-02-2013, 09:37
Oxunub: 871


Məşhur Çernobıl Atom Elektrik Stansiyasında yenə qəza baş verib. Bu dəfə 600 kvadrat metrlik bir sahəsi olan 4 saylı blokun maşın zalının damı və divarı uçub.

Qəza nəticəsində xəsarət alan olmayıb, eləcə də sakinlərin sağlığına təhlükə yaranmayıb. Ehtimal olunur ki, hadisə sənaye meydanına qarın yığılması üzündən baş verib.

 

Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in 4-cü enerji blokunda qəza olmuşdu. Bir müddət sonra stansiyanın qəzalı bloku üzərində indi dağılmaqda olan sarkofaq tikilmişdi. 

 

lent.az 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti