Şahin Mustafayev və heyəti İrana gedir

29-07-2015, 16:13
Oxunub: 545
Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb.


Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat ve sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 3-4-də İranda səfərdə olacaq.

Nazirlikdən “Report”a verilən məlumaat görə, bununla əlaqədar iyulun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, İrana səfər edəcək Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxildir. Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə ediləcək, bir sıra görüşlər keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti