Yanğın 14 mənzili külə döndərdi - Ucarda

28-07-2015, 17:57
Oxunub: 591
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri yanğının qonşu binalara keçməsinin qarşısını alıblar


Bu gün saat təxminən 14 radələrində Ucar rayonu H. Əliyev keçəsi 105-də yerləşən 16 mənzilli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu haqda modern.az-a müstəqil jurnalist Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, qısaqapanma nəticəsində baş verən yanğın zamanı xəsarət alan olmasa da, 2-ci mərtəbədə yerləşən 11, birinci mərtəbədə isə 3 mənzil tamamilə yanaraq külə dönüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri yanğının qonşu binalara keçməsinin qarşısını alıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti