Gürcüstanla sərhəddə yenilik - 24 saat işləyəcək

28-07-2015, 17:55
Oxunub: 632
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.


İyulun 28-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşü keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, görüşdən əvvəl nümayəndə heyətləri hər iki ölkənin gömrük orqanları rəhbərləri arasında “Sadıxlı” keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair əldə olunan razılıqçərçivəsində“Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindəki vəziyyətlə tanış olublar.

Daha sonra “Sınıq Körpü” keçid məntəqəsində nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə bildirilib ki, hazırda bölgədə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də turizm potensialinin gücləndirilməsi ilə əlaqədar tədbirlər nəticəsində sərhəddən keçən sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin ciddi artımı müşahidə olunur. Bu istiqamətdə gömrük xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, sərhəddən keçidin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, bu il avqustun 10-dan etibarən isə saat 08.00-dan 20.00-dək yüngül minik avtomobillərinin keçidininin təmin olunması barədə razılıq əldə olunub.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti