Dəhşətli isti olacaq - 42 dərəcə

28-07-2015, 13:32
Oxunub: 555
Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq


Azərbaycanda sabaha olan hava məlumatı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli olacağı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, qərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi ərazilərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti