Sərdar Cəlaloğlu deputat olmaq istəyir - Qərar

28-07-2015, 12:12
Oxunub: 459
"Məncə bütün müxalifətin birləşib seçkidə iştirak etməsi daha düzgündür"


"Azərbaycan müxalifətinin 90 %-nın demokratiyadan xəbəri yoxdur”


“Dünən Azərbaycan Demokratik Partiyasının idarə heyətinin iclası keçirildi və seçikdə iştirakla bağlı qərar verdik”.

Bunu açıqlamasında partiya sədri Sərdar Cəlaloğlu bildirib. O, hesab edir ki, partiyanın blok şəklində seçkidə iştirak etməsi daha uyğundur:

“Bütün dairələrdən namizəd irəli sürmək fikrində deyilik. Azərbaycandakı seçki reallığını nəzərə alıb, ən effektli yolu seçəcəyik. Bir partiya 125 nifuzlu şəxsin namizədliyini irəli sürə bilər. Amma bütün dairələrdən namizəd irəli sürməklə parlametə düşmək arasında heç bir əlaqə yoxdur. Bu gün parlametdə elə partiya var ki, 125 namizədlə seçkiyə girib, tək bir nəfər seçilib. Eləsi də var ki, heç bir nəfər də təmsil olunmur. Demokratiya tələb edir ki, gücün çatsa belə bütün siyasi sferanı əhatə eləməlisən ki, başqa qüvvələrin inkişafına yer qalsın.
60-70 dairədən namizəd irəli sürəcəyik, qoy yerdə qalan dairələrdən mənlə rəqabət aparan qüvvə olsun”.

S.Cəlaloğlu hesab edir ki, 125 dairədən namizəd irəli sürən partiya demokratiyadan məlumatsızdır: “Bəzi müxalifət partiya rəhbəri bəyanat verir ki, bütün dairələrdən namizəd irəli sürüb. Bu o partiya sədrinin demokratiyadan bixəbərsizliyini ortaya qoyur. Mən açıq deyim ki, Azərbaycan müxalifətinin 90 %-nın demokratiyadan xəbərləri yoxdur. Demokratiya inkişaf edən bir anlayışdır. Onun forması getdikçə dəyişməlidir.

Məncə bütün müxalifətin birləşib seçkidə iştirak etməsi daha düzgündür”. (AzNews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti