Qətər Əmiri Bakıya gəlir: sazişlər imzalanacaq

27-07-2015, 17:32
Oxunub: 465
Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.


Qətər Əmiri Təmim bin Həməd Al Taninin Bakıya rəsmi səfəri zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Diplomatik mənbədən verilən məlumata görə, səfər avqustun 5-6-na planlaşdırılır.

Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Danışıqların yekunlarına əsasən təhsil, İKT və digər sahələr üzrə bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir. (Trend)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti