"Türkiyənin İŞİD ilə qonşu olmaq niyyəti yoxdur"

27-07-2015, 10:41
Oxunub: 641
Tərəflər arasında bununla bağlı bəzi razılaşdırılmış məsələlər var


“Türkiyə İŞİD ilə qonşu olmaq istəmir”.

Trend-in “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O bildirib ki, Türkiyənin məqsədi Suriyada İŞİD döyüşçülərindən azad edilmiş zonada bu ölkənin mötədil müxalifət qüvvələrini yerləşdirməkdir.

Baş nazir qeyd edib ki, İŞİD ilə bağlı Türkiyə və ABŞ-ın fikir ayrılığı olsa da, tərəflər arasında bununla bağlı bəzi razılaşdırılmış məsələlər var.

Ə.Davudoğlu bildirib ki, Türkiyə hazırda Suriya ərazisində İŞİD döyüşçülərinə qarşı quru əməliyyatların keçirilməsini nəzərdən keçirmir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti