İlham Əliyev iki ölkənin prezidentinə məktub göndərdi

25-07-2015, 18:48
Oxunub: 395
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.

Etatist.com-un xəbərinə görə, məktubda deyilir:

“Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Prezident İlham Əliyev Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifə də təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

“Hörmətli xanım Prezident,

Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti