Füzulini mühasirədən onlar azad edib - Video

25-07-2015, 16:23
Oxunub: 5594
Əməliyyatlar 20 gün davam edib - aprelin 2-dən, 22-nə qədər


Milli Qvardiyanın polkovniki Əzizağa Süleymanov Füzuli döyüşlərinin görüntülərini Etatist.com-a göndərib.

1993-cü ild çəkilən görüntülərdə Milli Qvarsiyanın əsgərlərinin Füzulidə yüksəklikləri aldığı, döyüşlərdən qalib çıxdığını görmək olar. Ə.Süleymanov bildirdi ki, əməliyyatlar 20 gün davam edib - aprelin 2-dən, 22-nə qədər.

O, bir müddət öncə Etatist.com-a verdiyi müsahibədə sözügedən döyüşlər haqqında da danışmışdı. Həmin hissəni yenidən öz oxucularımıza təqdim edirik:

"Azər Babayev çıxandan sonra Tahir Məmmədov Füzuli əməliyyatlarına qədər əvəz edici qaldı. Kəlbəcər işğal olunandan sonra Füzuliyə hücum etdilər. Elə həmin gün İsa Qəmbər, Arif Hacılı getdi Füzuliyə. 4-ü axşam qurbanlıq quzu kimi qvardiya düzüldü, rəhbər tapılmadı. Kadrların rəisini çağırdılar ki, “Əzizağa, amanın günüdür dövlət əldən gedir". Mən 100 nəfərlə getdim Füzuliyə.

100 nəfərlə əməliyyat qurdum, 27 km məsafə yardım. İsa Qəmbər başda olmaqla bütün dövlət nümayəndələri orda idi. İki yüksəklik var idi. İsa Qəmbər kişi kimi dedi ki, kim oranı götürsə Milli Qəhramandı. Həyatım boyu heç fikirləşməzdim ki, döyüş videoya çəkilər. Saniyəbəsaniyə bütün döyüşümüz çəkilib. Bütün epizodlarda məni verib, adımı çəkmir. Mənim epizodumdan cürbəcür qəhramanlar düzəldiblər. Amma əməliyyata birbaşa mən rəhbərlik edirəm. Rəsmi olaraq ermənilərin 5 tankı vuruldu 167-i nəfər yaralısı və ölüsü oldu. Biz tərəfdən isə cəmi 4 nəfər itki oldu - 2 nəfər şəhid, 2 nəfər isə yaralandı".

Qeyd edək ki, bu döyüşlərdən sonra Ə.Süleymanova Milli Qəhrəman adı verilsə də, Fərman imzalanmayıb.

Füzulinin mühasirədən azad olunma görüntülərini təqdim edirik:
Kamran
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti