Sabah Bakıda gilavar əsəcək - Proqnoz

25-07-2015, 12:35
Oxunub: 616
Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.


Sabah Bakıda cənub, bəzi rayonlarda isə arabir güclənən şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq. Bəzi rayonlarda arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti