Xəbərdarlıq: Hava daha da istiləşəcək

24-07-2015, 14:31
Oxunub: 677
Havanın temperaturu 38 dərəcəyə qalxacaq


İyulun 27-dən başlayaraq, Azərbaycan ərazisində havaların daha da isti keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Etatist.com-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub -şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güeclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

A.Verdiyev deyib ki, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 30-36 dərəcə arasında dəyişəcək. İyulun 27-də isə temperature 31-36 dərəcə olacağı gözlənilir. Lakin iyulun 27-dən sonra daha yüksək temperaturlar qeydə alınacaq.

Azərbaycanda həmin günlərdə daha yüksək temperatur - 40 dərəcə istinin Aran rayonları və Naxcıvan Muxtar Respublikasında müşahidə ediləcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti