Türk əsgərləri ilə İŞİD arasında atışma: ölənlər var

23-07-2015, 20:04
Oxunub: 987
1 əsgər şəhid olub, 2-si yaralanıb


Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində İŞİD terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada İŞİD-in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup İŞİD üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 İŞİD-çinin öldürüldüyü xəbər verilir.

Bölgəyə əlavə qüvvələr göndərilib.Ötən il Quluzadə müsahibələrindən birində deyirdi ki, Rusiya və Ukrayna arasında münaqişə Bakının amerikapərəst hökumətini Vaşinqton üçün daha da mühüm edəcək. Onun fikrincə, böhran yeni imkanlar da açırdı...
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti