Ayxan Hacıbəylidən təkzib
23-07-2015, 14:30
Oxunub: 1154
"Azərbaycan qanunvericiliyindən kənar hərəkət etmirəm"
Ötən gün Ukraynada oxuyan azərbaycalı tələbələr bir qrup azərbaycanlının orda ruslara qarşı "Azərbandera" adlı dəstə yaratdığı haqqında Etatist.com-a məlumat vermişdilər.İddiaya görə dəstənin aktiv üzvlərindən biri Ayxan Hacıbəyli adlı azərbaycanlı tələbədir. Məsələni aydınlaşdırmaq üçün Ayxan Hacıbəylinin özü ilə əlaqə saxladıq. A.Hacıbəyli
Etatist.com-a açıqlamasında iddianı təkzib etdi və bildirdi ki, sosial şəbəkələrdə paylaşdığı "Azərbanderra" şevronu ona hədiyyədir:
"Mən burda həm jurnalistəm, həm də tələbəyəm. 2012-ci ildən burdayam və buraya heç kəsin çağırışı ilə gəlməmişəm. Mən Azərbaycan vətəndaşıyam və Azərbaycan qanunvericiliyindən kənar hərəkət də etmirəm".
Etatist.com