Müsavatçı Ukraynada ruslara qarşı döyüşür - Açıqlama/Yenilənib

22-07-2015, 21:22
Oxunub: 7325
"Mən Gülağa Aslanlı olaraq Ayxanın ruslara qarşı hərəkətini dəstəkləyəcəm"


Etatist.com olaraq məsələnin aydınlaşdırmaq üçün aşağıda iddia olunan "Azərbandera" təşkilatının aktivisti Ayxan Hacıbəyli ilə əlaqə saxladıq.

O, Etatist.com-a açıqlamasında "Azərbandera" təşkilatının əslinə qalsa olmadığını və şevronun sadəcə hədiyyə olduğunu bildirdi.

Ayxan Hacıbəyli qəti mövqe qoyaraq Ukraynanın bu müharibədən qalib çıxmasının Azərbaycanın Milli maraqlarına xidmət etdiyini dedi:

"Mən burda həm jurnalistəm, həm tələbəyəm. 2012-ci ildən burdayam və məni buraya heç kəs çağırmıyıb. Mən Azərbaycan vətəndaşıyam və Azərbaycan qanun-vericiliyindən kənar hərəkət etmirəm. Ukraynada yüzlərlə azərbaycanlı vuruşur. Şəhid düşənlər də var. Ukraynanın bu müharibədən qalib çıxması Azərbaycanın milli marağıdır" 

Qeyd edək ki, bizə müraciət edən tələbələr bildiriblər ki, onlara yaxınlaşaraq digər azərbaycanlı tələbələrin də Rusiyaya qarşı Ukrayna tərəfdən savaşmağın vacib olduğu deyilib. Buna səbəb olaraq isə ukraynalıların Qarabağ müharibəsində Azərbaycan tərəfdən savaşmağı göstərilib. Tələbələr onu da əlavə ediblər ki, onlara yaxınlaşanlar bir neçə nəfər olub. Onlardan biri isə Ayxan Hacıbəyli (Dədə) olub.

***

Bu gün bir qrup azərbaycanlı tələbənin Ukraynada Rusiyaya qarşı əməliyyat keçirmək üçün "Azərbandera" silahlı dəstə yaratdığı haqqında xəbər vermişdik.


(Buradan oxuya bilərsiniz)

Həmin dəstədə aktiv olan gənclərdən birinin "Ayxan Dədə" adı ilə tanınan azərbaycanlı jurnalist olduğunu öyrənmişdik. Apardığımız araşdırmalardan sonra "Ayxan Dədə"nin Ayxan Hacıbəyli adlı gənc olduğunu öyrəndik. A.Hacıbəyli milliyətçidir, eyni zamanda Müsavat Partiyasının üzvüdür. Bizdə olan məlumata görə, Ayxan Hacıbəyli Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin oğludur.


Məsələni dəqiqləşdirmək üçün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ilə əlaqə saxladıq. G.Aslanlı Etatist.com-a açıqlamasında məlumatı təsdiqləsə də A.Haclbəylinin Mustafa Hacıbəylinin oğlu olmadığını dedi:

"Hacıyevlər nəslindən olan adamlar demokratiyaya qarşı, Avropa Birliyinə daxil olmaq istəyən Ukraynaya qarşı heç bir hərəkət eləməzlər. Mən Ayxan Hacıbəylini tanıyıram. O, orda heç bir təşkilat yaratmayıb. Amma mən Gülağa Aslanlı olaraq əgər Ayxanın Ukraynanı işğal eləmiş ruslara qarşı hər hansı bir hərəkəti olacaqsa mən onu dəstəkləyəcəm. Krımı işğal edən rus ordusuna qarşı hər hansı bir müqavimət olsa dəstəkləyəcəm. Krımı işğal edən ruslara elə "əhsən" demək lazımdır?!"

Gülağa Aslanlı bildirdi ki, Ayxan Hacıbəyli Müsavat Partiyasının üzvüdür: "Onun hər hansı təşkilat, batalyon yaratmağından xəbərim yoxdur".

Onu da əlavə edək ki, Ayxan Hacıbəylinin birgə foto paylaşdığı insanların içində ruslara qarşı döyüşən "Vikinq" batalyonunun komandiri Elşən Cavadzadə də var. Elşən Cavadzadə isə Millətçi Hərəkat Partiyasının (MHP) üzvüdür.

Qeyd edək ki, Ayxan Hacıbəyli adlı gənc "Azərbandera"nın aktiv üzvüdür. Ukraynada təhsil alan tələbələrin Etatist.com-a verdiyi məlumata görə, o, jurnalist kimi fəaliyyət göstərməklə yanaşı, həm də çeçenlərlə birlikdə ruslara qarşı döyüşlərdə fəal iştirak edir.

Müsavatçı Ukraynada ruslara qarşı döyüşür - Açıqlama/Yenilənib

Müsavatçı Ukraynada ruslara qarşı döyüşür - Açıqlama/Yenilənib

Müsavatçı Ukraynada ruslara qarşı döyüşür - Açıqlama/Yenilənib

Müsavatçı Ukraynada ruslara qarşı döyüşür - Açıqlama/Yenilənib

Müsavatçı Ukraynada ruslara qarşı döyüşür - Açıqlama/Yenilənib

Elvin Mahmudov
Etatist.com

Şərhlər : 1 Şərh yaz
Farid 17 oktyabr 2015 02:03  

Azerbaycan-bandera-Ayxan siz oz olkenizi sevmirsiniz,siz ona boyuk bir leke yapiwdirdiniz.En azi Boyuk Veten Muxaribesinde oz canlarinnan kecenlerin,butun avropaya azadliq qetirenlerin ruhlarin qarwisinda hermetzizlikdir,yumwaq desek,eslinde ise sizin etdiyiniz xereketin adi bawqa.Qele musavat qenc kadr yetiwdirir de,kimlerle fexr edirsiniz.

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti