53 prokurorluq işçisi cəzalandırıldı - Azərbaycanda

22-07-2015, 16:25
Oxunub: 525
Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib


“Azərbaycanda korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə aparıldığından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis təhlilləri şöbəsinin əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstər”.

Bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Bu ilin ilk altı ayı müddətində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib:

“Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən, həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib, 53 şəxs barəsində müvafiq intizam tədbirlərinin görülməsi təmin edilib”. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti