Aclıqdan ölən milyonçu

22-07-2015, 11:09
Oxunub: 918
"Bütün var-dövlətimi bir qara çörəyə dəyişərdim"


Onun saysız-hesabsız var-dövləti var idi. Hətta otaqlardan birini seyf kimi düzəltdirmişdi ki, var-dövlətini, pul və qızıllarını orda saxlasın.

Bir gün bir qədər pul götürmək üçün həmin seyf-otağa daxil olur. Otağa daxil olduqdan sonra ani diqqətsizlik seyf-otağın qapısının bağlanması ilə nəticələnir. Seyf qapısı olduğuna görə onu yalnız çöldən açmaq mümkün idi. Milyonçu nə qədər çalışsa da qapını aça bilmir. Onun səsini də heç kim eşitmir. Seyfdən çıxmaq mümkün deyildi.

Milyonçu bir müddət həmin kilidlənmiş otaqda qaldıqdan sonra aclıqdan həyatını itirir. Lakin, ölmədən öncə kiçik bir kağız parçasına sonradan tarixə həkk olunacaq bu cümləni yazır:

"Bütün var-dövlətimi bir qara çörəyə dəyişərdim".

Nəticə: Burdan çıxarmağımız gərəkən nəticə odur ki, insan, nə qədər var-dövləti olsa da ölümsüz deyil. Heç vaxt var-dövlətimizə güvənib yaşamamalıyıq. Ölüm hər saniyə bizim arxamızdadır. Əsas olan necə ölməkdir. İnsan yaşadığı kimi ölər.
Vəli Şükürov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti