Bakıda Donald Tuskun rəsmi qarşılanma mərasimi oldu

22-07-2015, 10:40
Oxunub: 375
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər


Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verib.

Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti