Bakıda sərnişin qatarı relsdən çıxdı - Foto

21-07-2015, 16:47
Oxunub: 500
Hadisəyə səbəb maşinistin sürət həddini aşması və ehtiyatsızlığı olub


Bu gün səhər saat 7 radələrində Balakəndən Bakıya gələn 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciənin astanasından dönüb.

Hadisə zamanı qatarda olan sərnişin Pərviz Cəfərovun FaktXəbər-ə verdiyi məlumata görə, qatar səhər saat 7 radələrində "Keşlə" stansiyasına təxminən 50 metr qalmış relsdən çıxıb. Qatar aşma təhlükəsi iLə üzləşsə də, xoşbəxtlikdən bu baş verməyib. Sadəcə 3-cü vaqon bir az meyilli dayanıbmış. Sərnişinlər dərhal evakuasiya olunub.

Ehtimal olunur ki, hadisəyə səbəb maşinistin sürət həddini aşması və ehtiyatsızlığı olub.

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti