İlham Əliyev 180 jurnalisti təltif etdi

21-07-2015, 10:41
Oxunub: 638
17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb


İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı 4 sərəncam ümumilikdə 180 jurnalisti əhatə edib.

1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 91 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Bundan başqa, 44 nəfər “Əməkdar jurnalist”, 17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb.

2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 21 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur. Hər il iyulun 22-də Azərbaycan milli mətbuatnın yaranma günü qeyd olunur. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti