“İranla müqavilə Suriya böhranını həll edəcək”

20-07-2015, 16:59
Oxunub: 691
"Bu müqavilə İranla qonşuları arasında münasibətlərin düzəlməsinə şərait yaradacaq"


İranla “Altılıq” ölkələrinin razılaşması Suriya və Yəməndəki regional böhranların həllinə kömək edə bilər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin rəsmi nümayəndəsi Federika Moqerini söyləyib. Onun sözlərinə görə, bu müqavilə ilk növbədə regionun təhlükəsizliyi üçün önəm kəsb edir.

Moqerini həmçinin bu müqavilənin İranla qonşuları arasında münasibətlərin düzəlməsinə şərait yaradacağını da bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti